-
Üstün Müsəlman Qadın olan Hz. Ayşə (ra)
Sevimli Peyğəmbərimiz Hz. Məhəmmədin (səv) dəyərli xanımı və ilk İslam xəlifəsi Hz. Əbu Bəkirin qızı Hz. Aişə (rə), Allahın nəsib etdiyi ağlı, qüvvətli imanı, hikmətli danışığı, Qurani Kərimi və Peyğəmbər Əfəndimizi (səv) ən yaxşı anlamağa çalışması kimi xüsusiyyətləri ilə bütün möminlərə nümunə olmuş Müsəlmandır.
Üstün əxlaqı və elmi bilikləri ilə Peyğəmbər Əfəndimizin (səv) vəfatından sonra İslam əxlaqının yayılması üçün davam etdirdiyi fəaliyyətlər də istər Əsri Səadət dövründə, istərsə indiki vaxtda bütün Müsəlmanlara işıq salan rəhbər olmuşdur.
Quranda, Öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. (Ənbiya Surəsi, 101) ayəsində, Rəbbimizin Qatından olan gözəllik möminlər üçün bildirilmişdir. Məqalənin davamı »
Mostbet bahis mobil proqramı
Təsirli funksionallığı və istifadəsi asanlığı olan sadə və təhlükəsiz Mostbet mərc proqramı bütün növ idman tədbirləri və tədbirlərində real pul qazanmaq üçün əla yol olacaq.
Bukmeker kontorları 13 ildən çoxdur ki, bazardadır və çoxlu sayda istifadəçi tətbiqin keyfiyyətindən və etibarlılığından razıdır. Mostbet yukle Android və iOS əməliyyat sistemlərindən istifadə edərkən və ya kompüterdən və ya noutbukdan telefonun yuxarıdakı işarəsinə klikləməklə rəsmi veb saytından bir keçidlə mümkündür. Tətbiq bir az ağırlığa malikdir və hətta orta olmayan İnternet sürəti ilə də olduqca tez yüklənir.
-
“Qadınlıq vəzifəsi” məntiqi
Quranı əsas götürmədən yaşayan cahiliyyə qadınlarının sevgi anlayışında “qadının etməli olduğu məntiqi işlər” vardır. Bu məntiqdə qadının yoldaşına sevgi göstərməsi, təqvasından qaynaqlanan dərin sevgi sayəsində olmaz. Sevgi adı altında gündəlik, həftəlik məsuliyyətlər nəzərə alınar. İman etməyən qadın, insanların razılığını ya da öz mənfəətlərini güdərək yaşadığı üçün həqiqi sevgini həyatında tapa bilməmişdir. Bu səbəbdən süni yaşayar. Bu həyatın olar olmaz qaydaları vardır.Bu qaydalar qadının ütü etməsini, paltar yumasını, yemək bişirməsini, uşaqlara baxmasını sanki zəruri edər. Qadın bunları edə bilmədiyində özünü əskik hiss edər. Halbuki iman edən üçün sevgi yalnız təqvaya (Allah qorxusuna) söykənəndir. Sevginin formalaşması üçün qoyulan qaydalar yoxdur. Tam əksinə Müsəlman bunların heç birini edə bilmədiyi kimi,xəstə və baxıma möhtac vəziyyətdə olsa da yenə sevilər. Çünki Müsəlmanlar bir-birlərini Allahın təcəllisi və sonsuz axirət yoldaşı olaraq görərlər. Sevilmək üçün gözəl, güclü ya da zəngin olmaq lazım deyil. Müsəlman təbii olaraq sevilər. Demək iman etməyən insan bu mühüm həqiqəti dərk edə bilməz və yaşaya bilməz. Bu səbəbdən ətrafında ümumi qəbul olunan qaydaları yerinə yetirə bilmədiyini düşünərək xoşbəxt ola bilməz və həyatı boyunca da Allah sevgisindən qaynaqlanan həqiqi sevgini heç yaşaya bilmədən süni bir ömür sürər.
-
Qadınların razı salınaraq boşanılması
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
İman və Allah qorxusu insanların həyatlarının hər anında vicdanlarına və Quran əxlaqına uyğun şəkildə hərəkət etmələrini təmin edir. Əks təqdirdə isə insanı nəfsinin eqoist istəkləri və şeytanın təlqinləri istiqamətləndirir. Bu da insanları doğru və gözəl olan münasibətlər əvəzinə nəfsini razı edəcək, şəxsi mənfəətlərini qoruyacaq davranışlara gətirib çıxarır. Bu dünyagörüşü, boşanma zamanı iki insan arasındakı bəzi maddi əlaqələrə son verərkən özünü büruzə verir.
Boşanma, nəfslərinin özünü idarə etməsinə icazə verən bəzi insanlar üçün, qarşı tərəflə olan bütün mənfəətlərin sona çatdırılması mənasını verir. Belələri mənfəətlər bitdiyindən qarşı tərəfə qayğı və maraq göstərmək üçün heç bir səbəb qalmadığına inanırlar. Çox vaxt ayrıldıqları insanlara qarşı bütün sevgi və hörmət hisslərini də itirdikləri üçün onlara qarşı yaxşılıq etmək istəmirlər. Yalnız öz mənfəətlərini düşünür, qarşı tərəfin vəziyyətini, çətinlik və ehtiyac içərisində olduğunu nəzərə almırlar. Məqalənin davamı »
-
Müsəlman Qadın emosional deyil
Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın əslində hər insanın xarakterində az-çox mövcud olan əhəmiyyətli xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələn duyğular’ olduğu iddia edilərək daima buna təşviq edirlər.
Halbuki, bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünən emosionallıq, insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünə bilmir, məqsədəuyğun qərarlar qəbul edə bilmir. Məqalənin davamı »
-
Ailə həyatında Qadına verilən dəyər
İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün heç bir səbəb tapa bilməyəcək. Məqalənin davamı »
-
Müsəlman Qadın nəcibdir
Allah Quranın “Nəfsə və onu yaradana”, sonra ona fücurunu (sərhəd tanımayan günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə ziyana uğramışdır.” (Şəms Surəsi, 7-10) ayələriylə idarə olunmadığı təqdirdə nəfsin insanı sərhəd tanımayan pisliklərə sürüyəcəyinə diqqət çəkmişdir. Allah qorxusu və axirət inancı insanlara nəfslərində olan bu pisliklərdən çəkinəcək gücü və ağlı qazandırır.
Bu xüsusiyyətlər olmadıqda insan dünyada etdiklərindən axirətdə Allah tərəfindən məsul tutulacağını düşünmədən hərəkət edər. Bu vəziyyətdə də nəfsinin istəklərini yerinə yetirməkdən qorxmaz. Niyyəti hər nə qədər pis də olsa bundan çəkinmək üçün özünə tutarlı səbəb tapa bilməz. O anda nəfsi hirslənməsini ilham edirsə dərhal bu təlqinə qapılar. Ya da qısqanclıq təlqini verib buna bağlı olaraq qarşı tərəfə pis münasibət göstərməsini təlqin edirsə, bunu da dərhal tətbiq edər. Nəfsi hirsini, ya da qısqanclığını tənəli sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, intriqa edərək, ikiüzlülük etməsini ilham edirsə bütün bunları heç düşünmədən dərhal edər. Allaha hesab verəcəyini düşünmədiyi üçün də bütün bunları tətbiq etməkdən heç qorxmaz. Məqalənin davamı »
-
Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.
Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış “qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir. Məqalənin davamı »
-
Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Cahiliyyə əxlaqında güc deyildikdə pul, şan-şöhrət, nüfuz nəzərdə tutulur. Bunlardan ən azı biri əldə edilə bilinəcəyi zaman güclü olacağına inanılır. Bəzən də insanlar bu xüsusiyyətlərə sahib olan şəxslərin himayələri altında olacaqları zaman özlərini güclü hiss edəcəklərini düşünürlər. Halbuki, dünya həyatının ötəri dəyərləriylə qazanılan və hər an əldən çıxma təhlükəsi olan gücün, eyni şəkildə asanlıqla itirilməsi də mümkündür.
Möminlər isə güclərini imanlarından alırlar. Buna görə də şərtlərdən asılı olmayaraq güclərində heç bir dəyişiklik olmur. Bu, mömin qadının da xarakterini təyin edən əhəmiyyətli xüsusiyyətdir. Allah Quranda güclü, heç zaman sarsılmayan, şərəfli xüsusiyyətə sahib olan şəxsiyyətlərə belə diqqət çəkir:
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə Surəsi, 54)
Allahın bu ayədə bildirdiyi başqa əhəmiyyətli mömin xüsusiyyəti isə iman edənlərin, insanların qınamasından təsirlənməyən güclü şəxsiyyətə sahib olmalarıdır. Möminlər tarix boyu bir çox peyğəmbərin yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif şəkillərdə günahlandırılıb qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini və hətta bu səbəbdən öldürüldüklərini bilirlər. Məqalənin davamı »
-
Müsəlman Qadın mülayim və təmkinlidir
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
Həyatı özlərinin təyin etdikləri qaydalarla yaşayan insanlar, nəfslərinin o andakı istəklərinə tabe olaraq asanlıqla bu qaydaları poza bilirlər. Həyatlarına istiqamət verən və xarakterlərini davamlı olaraq sabit qalmağı təmin edən, doğru olduğuna inandıqları yol yoxdur. Buna görə də vaxt keçdikcə xarakterləri dəyişir. Davranışlarında müəyyən bir sabitlikdən bəhs etmək mümkün olmur.
Ümumiyyətlə, bu şəxslərin xarakterlərindəki dəyişikliyi təyin edən güc nəfsləridir. Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinə özünü istiqamətləndirməyə icazə versə, bu zaman onun xarakteri bu eqoist ehtiraslara uyğun formalaşacaq. Bu eqoist ehtiraslar isə təmkinli və mülayim şəxsiyyət nümayiş etdirməsinə təsir edəcək. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənəcək, romantikləşəcək, küsüb-inciyəcək, qısqanclıq edəcək və bunlara bağlı olaraq da ani qərarlar verəcək. Məqalənin davamı »
-
Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir
Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez rast gəlinən haldır. Böyük idealları olmadığı təqdirdə, bu əxlaqın hakim olduğu qadın xarakterində əhəmiyyətli olan müəyyən şeylər var. Bunlardan özlərinə, ailələrinə, ya da ətrafındakılara fayda verənləri olduğu kimi, yalnız özlərini əyləndirmək üçün əldə etdikləri bəzi vərdişlər də olur. Bu vərdişlərdən bəziləri həftənin müəyyən günlərində rəfiqələri ilə görüşərək vaxt keçirmək, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, saatlarla davam edən telefon söhbətlərində, ya da ev söhbətlərində kiçik-böyük hər mövzudan şikayət etmək, dedi-qodu etmək, insanların qüsurlarını dilə gətirməkdir. Bütün bunların ortaq xüsusiyyəti isə, ümumiyyətlə, nə özlərinə, nə də başqalarına heç bir fayda verməyən vərdişlər olmasıdır. Məqalənin davamı »
Son yazılar
- Üstün Müsəlman Qadın olan Hz. Ayşə (ra)
- “Qadınlıq vəzifəsi” məntiqi
- Qadınların razı salınaraq boşanılması
- Müsəlman Qadın emosional deyil
- Ailə həyatında Qadına verilən dəyər
- Müsəlman Qadın nəcibdir
- Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı
- Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir
- Müsəlman Qadın mülayim və təmkinlidir
- Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir